İraq ərəb ölkələrinin xarici işlər nazirlərinin regiondakı vəziyyətlə bağlı görüşünün çağırılmasını istəyib.
Bu barədə İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə telefon danışığında bildirib.
Nazirlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasının eskalasiyasını müzakirə ediblər.
Onun sözlərinə görə, görüşün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilməsi planlaşdırılır.