3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

İraq 6 ölkənin vətəndaşlarına viza verməyəcək

İraq qonşu İranla yanaşı, Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İtaliya və Sinqapur vətəndaşlarına viza verməyi dayandırmaq barədə qərar qəbul edib.

“Akşam” qəzeti xəbər verir ki, bu barədə məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, qərar bu ölkələrin yalnız diplomatları və rəsmi nümayəndə heyətlərinə şamil edilməyəcək.

Xatırladaq ki, İraqda koronavirusa yoluxanların sayı 6 nəfərdir.

©Report

Son xəbərlər
Oxşar xəbərlər