İraq Kərkük–Ceyhan boru kəməri ilə neft ixracını bərpa edib. Bu barədə dövlətə məxsus Şimal neft şirkəti məlumat verib.
“Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracına başlanılıb”, — şirkətin bəyanatını INA agentliyi sitat gətirir.
Martın 3-də “Shafaq News” xəbər vermişdi ki, İraq Kürdüstanı regionunda hasil edilən neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı müvəqqəti dayandırılıb. Məlumata görə, ixracın dayandırılması bir neçə neft şirkətinin regiondakı bəzi yataqlarda fəaliyyətini dayandırmasından sonra qərara alınıb.







