“İraq Hava Yolları”nın Azərbaycanda filialı açıldı

0

“İraq Hava Yolları” aviaşirkəti Azərbaycanda öz filialını açıb.

Banker.az bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata əsasən, filial 2018-ci il oktyabrın 30-u Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində qeydiyyata alınıb.

Şirkətin rəsmi nümayəndəsi İraq vətəndaşı Əbdülkərim Əhməddir.

Qeyd edək ki, “İraq Hava Yolları” 1945-ci ildə yaradılıb və Yaxın Şərqin ilk aviaşirkətlərindəndir.