İraq Mərkəzi Bankının rəhbəri istefaya göndərilib

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İraqın Mərkəzi Bankının rəhbəri Mustafa Qalib Mukxifi istefaya göndərib.

Məlumatı İraq KİV-i yayıb.

Bildirilib ki, buna ölkənin milli valyutası olan dinarın kursunun aşağı düşməsi səbəb olub.

Məlumata görə, Mərkəzi Bankın rəhbəri vəzifəsinə yenidən Möhsün əl-Alak təyin edilib.

Qeyd edək ki, Möhsün əl-Alak daha əvvəl ötən il bu vəzifədə çalışıb.

Hazırda İraqda bir dollar 1 620 dinardır. Yeni rəhbərə milli valyutanın kursunu sabitləşdirmək tapşırılıb.

Xatırladaq ki, İraq Mərkəzi Bankının adı İrana dollar ötürməkdə də hallanır.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər