İraq mart ayında 11,07 milyard dollar xalis mənfəətlə 1972-ci ildən bəri ən yüksək neft ixracından gəlir əldə edib.
Bu barədə ölkənin Neft Nazirliyinə istinadən “Shafaq news” portalı xəbər yayıb.
Portalın məlumatına əsasən, İraq mart ayında 101 milyon barreldən artıq neft ixrac edib. İxrac edilən neftin əhəmiyyətli hissəsi ölkənin mərkəzi və cənub bölgələrindəki yataqlardan (təxminən 99 milyon barel), 1 milyon bareldən çoxu isə Kərkük əyalətindəki yataqlardan əldə edilib.
Statistikaya görə, İraq gündə təxminən 3,244 milyon barel hasil edib və İraqın ixrac etdiyi neftin orta qiyməti bir barel üçün 110 dollar olub.