27 C
Baku
Saturday, July 27, 2024

İraq OPEC üçün yeni həll yolları təklif edəcək

İraqın neft naziri Cabbar al-Laibi bu yaxınlarda çıxışı zamanı bildirib ki, İraq OPEC-in 30 noyabr tarixində Vyanada keçirilən iclasında 3 yeni təklif irəli sürəcək. Qeyd edək ki, Vyanada keçirilən görüş zamanı təşkilata üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılığın əldə edilməsini müzakirə edəcək.

Banker.az MarketWatch-a istinadən xəbər verir ki, İraq digər üzv ölkələr və təşkilat ilə fikir ayrılığını həll etməyə yaxındır.
Al-Laibi bildirib ki, təkliflər OPEC siyasətinə uyğun olacaq və kartelin birliyinin möhkəmlənməsinə istiqamətlənib. Xatırladaq ki, Al-Laibi bu son günlərə qədər İraqın neft hasilatını azaltmaq prosesindəki iştirakına görə OPEC ilə razı olmadığını qeyd edirdi. Bununla belə, o təkliflərin detallarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, OPEC-ə üzv ölkələr 28 sentyabrda Əlcəzairdə neft qiymətlərinin dondurulması barədə razılığa gəldilər. Kartel iştirakçıları neft hasilatının ən yüksək həcmini 1 gün üçün 32,5 milyon barrel həcmində təyin etdilər.

OPEC – neft qiymətlərini sabitləşdirmək məqsədi ilə neft hasil edən ölkələr tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Tərkibinə 13 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador, Anqola və İndoneziya.

Son xəbərlər
Digər xəbərlər