20 C
Baku
Tuesday, October 28, 2025

İraq özünü təbii qazla tam təmin etmək niyyətindədir

İraq 2028-ci ildə təbii qaz üzrə daxili tələbatı tam təmin etmək səviyyəsinə çatmağı planlaşdırır.

Bu barədə İraq baş naziri Məhəmməd əs-Sudani bəyanat verib.

“Hökumət elektrik enerjisi və qazdan istifadə ilə bağlı məqsədlərə çatmaq, həmçinin yüksək oktanlı benzinin istehsalında tam təminatı gerçəkləşdirmək üçün konkret qrafik hazırlayıb”, – deyə əs-Sudani bildirib.

O vurğulayıb ki, hakimiyyət qaz istehsalında özünütəminat səviyyəsinə çatmaq istiqamətində işləri davam etdirir.

“2028-ci il hökumət tərəfindən bu məqsədə çatmaq üçün müəyyən edilmiş müddət kimi təyin olunub”,- İraq Baş Naziri qeyd edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər