8 C
Baku
Thursday, March 12, 2026

İraq sahilləri yaxınlığında üç neft tankeri partladılıb

İraqın cənubunda, Bəsrə limanı yaxınlığında yerləşən iki neft tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bu barədə “Shafaq News” məlumat yayıb. Daha bir tanker isə mina yerləşdirilmiş qayıq vasitəsilə partladılıb. Agentliyin məlumatına görə, pilotsuz aparatlar həmçinin İraqın “Məcnun” neft yatağına da hücum edib.

“Shafaq News”un təhlükəsizlik strukturlarındakı mənbələri bildirib ki, xarici şirkətlərə məxsus tankerlərdə güclü partlayış baş verib, daha sonra isə onlar yanmağa başlayıb. Ekipajın 25 üzvü təxliyə edilib. İlkin məlumatlara görə, ölən və yaralananlar var.

“Məcnun” neft yatağı İranla sərhəd yaxınlığında yerləşir. O, son bir neçə gün ərzində ikinci dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. İlkin məlumatlara görə, ölən və dağıntı yoxdur.

Son xəbərlər
Digər xəbərlər