İraq və İran hökuməti sərnişinlərin, o cümlədən şiə zəvvarların daşınmasını təşkil etmək üçün Şələmçe sərhəd-keçid məntəqəsi ilə Bəsrə şəhəri arasında dəmir yolunun tikintisinə başlayıb.
Bu barədə “RİA Novosti” İraq baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dəmiryol vağzalının təməl daşının qoyulmasında İraqın baş naziri Məhəmməd əl-Sudani və İranın vitse-prezidenti Məhəmməd Mohber iştirak ediblər.
“Baş nazir əl-Sudani Şələmçe sərhəd-keçid məntəqəsində İraq və İran arasında dəmir yolu layihəsinin təməl daşını qoyub. Bu layihə İraqla qonşu ölkələri birləşdirəcək, sərnişinlərin və müqəddəs yerləri ziyarət edən zəvvarların daşınmasına imkan verəcək”, – məlumatda deyilir.