16 C
Baku
Friday, April 26, 2024

İraqda “TikTok” qadağan edilə bilər

İraqda yaxın gələcəkdə Çinin “TikTok” proqramı qadağan edilə bilər.

Bu barədə “Mawazin news” xəbər portalı məlumat yayıb.

Sosial şəbəkənin bloklanması hazırda İraqın Media və Kommunikasiya Komissiyası tərəfindən müzakirə edilir.

“TikTok”un İraq ictimaiyyətinin zövqünə uyğun gəlmədiyi və müəyyən yaş qrupları üçün uyğun olmayan ədəbsiz məlumatlar yayması iddia olunur.

İraq istifadəçilərinin proqrama girişinin nə vaxt bloklanacağı məlum deyil.

Əvvəllər ölkə hakimiyyəti dəfələrlə müxtəlif sosial şəbəkələri, eləcə də internetə çıxışı bloklayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər