İraqın yeni Prezidenti Əbdüllətif Rəşid Məhəmməd əl-Sudanini ölkə hökumətinin başçısı təyin edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Əl-Sudaninin Baş nazir postuna namizədliyini parlamentdə ən böyük siyasi blok sayılan “Koordinasiya Qüvvələri” təqdim edib.
Keçmiş baş nazir Mustafa əl-Kazımi bütün siyasi qüvvələri hökumətin formalaşmasında əməkdaşlığa çağırıb. Əl-Sudani yeni hökumətin tərkibini yaxın günlərdə təqdim edəcək.