Azərbaycandakı əhaliyə bu il İraqdan pul köçürmələrin həcmi 9 dəfə yüksəlib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, 2023-cü ilin ilk üç rübü ərzində Azərbaycanadakı əhaliyə İraqdan 18 milyon 524 min dollar pul köçürülüb. Bu illik müqayisədə 16 milyon 467 min dollar və ya 9 dəfə artımdır.
Öncəki ilin müvafiq dövründə İraqdan fiziki şəxslərin pul baratlarının həcmi 2 milyon 57 min dollar idi.