-1 C
Baku
Sunday, December 15, 2024

İraqdan Azərbaycana pul köçürmələrin həcmi 9 dəfə yüksəlib

Azərbaycandakı əhaliyə bu il İraqdan pul köçürmələrin həcmi 9 dəfə yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, 2023-cü ilin ilk üç rübü ərzində Azərbaycanadakı əhaliyə İraqdan 18 milyon 524 min dollar pul köçürülüb. Bu illik müqayisədə 16 milyon 467 min dollar və ya 9 dəfə artımdır.

Öncəki ilin müvafiq dövründə İraqdan fiziki şəxslərin pul baratlarının həcmi 2 milyon 57 min dollar idi.

Son xəbərlər
Digər xəbərlər