İraqın Kürdüstan bölgəsindən bəzi ixracatın dayandırılması tədarükün sıxlaşdırılması ilə bağlı narahatlıqları və qlobal bank böhranı qorxusunun zəifləməsi xam nefti çərşənbə günü üçüncü sessiyada da bahalaşdırıb.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 08:00 radələrinə 16 sent və ya 0.20% artaraq barreli 78.30 dollara, ABŞ-ın WTI nefti isə 35 sent və ya 0.48% artaraq barreli 73.69 dollara çatıb.
Analitiklər düşünür ki, İraqın Kürdüstan bölgəsindən tədarükün azalması ilə bağlı narahatlıqlar və bank sektorunda baş verən çətinlikdən narahat olan maliyyə bazarlarında rahatlama investorların risk iştahını artırmağa davam edib.
İndi ABŞ Federal Ehtiyat Sisteminin bank böhranı səbəbindən faiz dərəcələrinin artırılmasında ehtiyatlı mövqe tutacağına dair gözləntilər də güclü qlobal iqtisadiyyat və neft tələbi ilə bağlı ümidləri artırıb.
Neftin nəqli üçün Bağdadın razılığının lazım olduğunu təsdiqləyən arbitraj qərarından sonra İraqın şimalındakı muxtar Kürdüstan bölgəsindən gündəlik 450 000 barel ixracın dayandırılması qiymətləri yüksəldən əsas drayverdi.
“Barclays” çərşənbə axşamı deyib ki, ilin sonuna kimi kürd ixracatının hər hansı uzunmüddətli kəsilməsi Brent markalı neftin 2023-cü il üçün 92 $/barel qiymət proqnozunun 3 $/barel yüksəlməsi deməkdir.
Bazar ertəsi “First Citizens BancShares Inc”in uğursuz “Silicon Valley Bank”ını alacağına dair açıqlama da qlobal bank sektorunun vəziyyəti ilə bağlı nikbinliyə təkan verir.
Hazırda neft qiymətləri ilə paralel olaraq fond bazarında da əhval ruhiyyə yüksəkdir.
Ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının azalması da dəstək vermişdi. Bazar mənbələrinin çərşənbə axşamı Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın xam neft ehtiyatları martın 24-də bitən həftədə təxminən 6.1 milyon barrel azalıb. Benzin ehtiyatları təxminən 5.9 milyon barel azalıb, distillə ehtiyatları isə təxminən 550 min barel artıb.
Analitiklər keçən həftə ABŞ-da xam neft ehtiyatlarının artdığını, distillat və benzin ehtiyatlarının isə azaldığını eşidəcəklərini gözləyirdilər. ABŞ Enerji İnformasiya İdarəsi həftəlik hesabatını çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da açıqlayacaq.
Təchizat tərəfində Rusiya baş nazirinin müavini Aleksandr Novak çərşənbə axşamı Moskvanın “dost ölkələrə” enerji ixracını artırmağa diqqət yetirməli olduğunu bildirib və Rusiyanın Hindistana neft tədarükünün ötən il 22 dəfə artdığını qeyd etdi.