14 C
Baku
Thursday, April 25, 2024

İraqın açıqlaması neftin qiymətinə kömək etdi

Neft üçün 26 fevral çərşənbə axşamı günü, 25 fevral bazar ertəsi günündən daha müvəffəqiyyətli olmuşdur. Brent markalı xam neftin qiyməti bir barelə görə 1,1% artaraq 65,46 dollara çatıb. Federal Ehtiyat Sisteminin idarə heyətinin rəhbəri olan Jerome Powell-in ABŞ konqresində bildirmişdir ki, amerikan iqtisadiyyatı “sağlamdır”, bu da öz növbəsində neft bazarında optimistliyin artmasına gətirib çıxarıb.

Neftin qiymətinin artmasına təsir göstərən amillərdən biri də yanvar ayında İraqın neft ixracını dekabr ayı ilə müqayisədə 2% azaltmasıdır (3,65 milyon barelə qədər).

Bu gün, 27 fevral tarixində, ABŞ-da kommersiya neft ehtiyatları ilə əlaqədar məlumatlar nəşr olunacaqdır. Bazar ehtiyatların həftədə 3,59 milyon barelə qədər artacağını gözləyir. Bu, keçən həftə ilə müqayisədə daha azdır.

Neftin qiymətinin hərəkət istiqamətini bir barel üçün 64 dollar səviyyəsində müəyyənləşdirmək olar. Əgər qiymət bu səviyyədən aşağı düşməsə, bir barelə görə 68 dollara qədər artım gözlənilir. Fevralın 27-də Brent tipli xam neftin qiyməti 65-67 dollar səviyyəsində qiymətləndirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər