15 C
Baku
Saturday, April 20, 2024

İraqın neft sektoru ABŞ və İran arasında gedən münaqişənin qurbanı oldu

Amerikanın “ExxonMobil” neft şirkəti öz işçilərini İraqdan evakuasiya edərək, onları Dubaya köçürüb. Burada onlar “Qərbi Qurna-1” neft yatağına nəzarət etməyə davam edəcəklər. Bunun əsas səbəbi Bağdadın “müəssisədə təhlükəsizlik tədbirlərini gücləndirməyə” söz verməsi olmuşdur.

Banker.az xəbər verir ki, İraq şirkətin bu addımını müsbət qarşılamayıb. Neft naziri Tamer əl-Gadban, “ExxonMobil” şirkətinin qərarını “qəbuledilməz” və “siyasi motivli” adlandırıb. Onun sözlərinə görə, işçilərin köçürülməsi “İraqın cənubunda olan neft yataqlarının təhlükəsizliyi” ilə əlaqəli deyil.

Eyni zamanda İraqın silahlı qrupları dəfələrlə ölkənin neft sektorunun sabitliyini pozmağa hazır olduqlarını bildiriblər.

Gadban “ExxonMobil” şirkətini işçilərini İraqa qaytarmağa çağırıb. Nazirin sözlərinə görə, işçilərlə bu neft yatağının inkişaf elətdirilməsi üzrə uzunmüddətli müqavilə bağlanıb.

“Neft sahəsindəki işçiləri evakuasiya etmək üçün “ExxonMobil” əsas kimi “South Oil Company” ilə imzalanmış müqavilədə fövqəladə vəziyyət haqqında 31-ci maddəyə istinad edib”, – deyə ekspert və iqtisadiyyat professoru Nabil Marsumi qeyd edir.

“Əgər İraq hökuməti mübahisəni sülh yolu ilə həll etməsə, şirkət müqavilənin 36-cı maddəsinə əsasən Beynəlxalq Ticarət Palatasına müraciət etməlidir”, – deyə ekspert əlavə edib.

“ExxonMobil” qərarından irəli gələn zərər Neft Nazirliyi ilə mübahisə çərçivəsindən kənara çıxaraq, İraqın bütün neft sənayesinə mənfi təsir göstərə bilər, Al-Monitor qeyd edir.

“İşçilərin evakuasiyası dünyaya İraqdakı vəziyyətlə bağlı yanlış məlumat verə bilər və biz bununla razı deyilik” – deyə Gadban bildirib. İraqın neft Nazirliyinin eksperti Hamza əl-Cəvahiri də analoji mövqedədir. Onun sözlərinə görə, “evakuasiya İraqa sərmayə qoymaq istəyən investorlar üçün pis mesajdır”.

Qeyd etmək lazımdır ki, İraqda neft hasilatı ilə məşğul olan xarici şirkətlərin əməkdaşları tez-tez uzaqdan işləyiblər. “Bu günə qədər evakuasiya edilmiş işçilər Dubayda işləyiblər, – Cəvahiri izah edir. – Onlar İraqa Nazirliyin göstərişi ilə gəliblər, burada əsas məqsəd əməliyyat xərclərinin azaldılması idi”.

Energetika təhlükəsizliyi üzrə analitik Omid Şorki tamamilə fərqli mövqedədir: “Deyəsən, [ExxonMobil] İran ilə olan gərginliyin artmasından istifadə etməyə çalışır. Onun əsas məqsədi İraqa təzyiq göstərmək və ölkənin neft sektorunda daha böyük paya sahib olmaqdır”.

 

Son xəbərlər
Digər xəbərlər