Azərbaycanda iri dövlət müəssisələrinin büdcədən asılılığı ilə bağlı problemin böyük hissəsi həll edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
“Son illər iri dövlət müəssisələrində həyata keçirilən islahatlar nəticəsində onların dayanıqlılığı artıb. Müəssisələr vaxtilə bizim üçün fiskal təhdidlərdən, risklərdən biri kimi qiymətləndirilən borc yükünü azaldıb, rentabelli olub, onların dövlət büdcəsindən ayrılan vəsaitlərdən asılılığı azalıb. Bu gün bizim qarşımızda duran çağırışlar müsbət istiqamətdədir”, – deyə nazir qeyd edib.