“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında Baş nazir Artur Rasi–zadə sənəd imzalayıb.
Bu barədə Banker.az-a Nazirlər Kabinetindən məlumat daxil olub.
Bunu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Nazirlər Kabineti qərara alıb.
Qərara görə, “iyulun” sözü “avqustun ” sözü ilə və 6.4-cü bənddə “noyabr ayının 1-dək” sözləri “dekabr ayının 20-dək” sözləri ilə əvəz edilib. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək Komissiyanın üzvlərinə və Katibliyinə kağız və elektron daşıyıcılarda təqdim edəcəklər.
Dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10 faizədək az və ya çox olduqda, Komissiyanın Katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edəcəklər. Komissiyanın Katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edir və hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil ediləcək.
Dövlət şirkətlərinin siyahısına “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, SOCAR, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Azərkosmos” ASC, “Aztelekom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” MMC) kimi iri .irk’tl’r daxildir.