14 C
Baku
Saturday, November 23, 2024

İri holdinqin rəhbəri dəyişdirilib

Azərbaycanda fəaliyyətdə olan “A ənd J Holdinq” MMC-nin (A&J Holding) rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, Fuad Məhərrəmov Rövşən oğlu holdinqin direktoru təyin edilib.

Buna qədər şirkətin rəhbəri Əlibala Məhərrəmzadə Səttar oğlu idi.

Xatırladaq ki, “A&J Holding” 2005-ci ildə təsis edilib. Şirkətin 20.51 mln. manat nizamnamə kapitalı var.

Əlibala Məhərrəmzadə kimdir?

Əlibala Məhərrəmzadə Səttar oğlu 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.

1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.

Sərbəst auditor olan Əlibala Məhərrəmzadə “Kaspian Audit Kompani” MMC-nin direktorudur.

2024-cü il oktyabrın 8-də Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Son xəbərlər
Digər xəbərlər