22 C
Baku
Friday, September 20, 2024

İri tikinti şirkətinin gəlirləri kəskin düşüb

Tikinti şirkəti “Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin 2023-cü il üzrə gəlirlərində böyük azalma müşahidə edilib və bu da onun xalis mənfəətinin kəskin enişinə səbəb olub.

Banker.az şirkətin maliyyə hesabatına istinadla xəbər verir ki, “Kontur Arxitektura Layihə-Sənaye”nin gəlirləri 2023-cü ildə 20.67 mln. manat olmaqla, 2022-ci ildə qeydə alınmış 82.28 milyon manatdan 75 faiz azdır. 2021-ci ildə isə 54 mln. manat üzərində gəlirləri vardı.

Satışların həcmindəki kəskin eniş onun götürdüyü layihələrin əvvəlki illərdən daha az olması ilə əlaqəlidir. Bunun nəticəsi olaraq satışların maya dəyəri 24.65 mln. manatdan 2.78 mln. manata enib.

Bütün gəlir daxilolmaları və xərclərdən sonra şirkət cəmi 1.3 mln. manat xalis mənfəətlə 2023-cü ilə yükun vurub. Halbuki, onun xalis mənfəəti 2022-ci ildə 20.17 mln. manat üzərində idi. Şirkətin 1 yanvar 2024-cü il tarixinə bölüşdürülməmiş mənfəəti 13 mln. manatdır.

Ötən il səhmdarlara mənfəətdən 1.6 mln. manat dividend ayrılıb.

Xatırladaq ki, “Kontur Arxitektura Layihə-Sənaye” QSC 2000-ci ildən qeydiyyata alınıb və 1988-ci ildən fəaliyətdə olan qurumun bazasında yaradılıb. Onun 322 000 manat nizamnamə kapitalı var. İdarəetmə və nəzarət QSC-nin direktoru olan Göyüşov Xaliq Avdil oğlu tərəfindən aparılır.

Şirkət sənaye, mənzil, məişət təsərrüfatlı obyektlərinin tikintisi və yenidənqurulması, nəqliyyat, energetika və təhsil tikintisi sahələrində aparılan layihələndirmə və tikinti-quraşdırma işlərini aparır.

 

Son xəbərlər
Digər xəbərlər