20 C
Baku
Sunday, June 15, 2025

İri tikinti şirkətinin mənfəəti azalıb

Tikinti şirkəti “Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin xalis mənfəəti 2024-cü ildə 1 milyon 230.7 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 5.4% azalmadır.

Banker.az xəbər verir ki şirkət 2023-cü ildə 1 milyon 301.6 min manat. Əsas əməliyyat mənfəəti 1.53 milyon manat olub – bu göstərici illik 16.4% artım deməkdir.

2024-cü ildə aktivləri əvvəlki illə müqayisədə 3.5 dəfə artaraq 22.49 milyon manata yüksəlib. Artım əsasən uzunmüddətli aktivlərdəki sıçrayışla bağlıdır – 18.7 milyon manat.

Eyni zamanda qısamüddətli borclar 3.04 milyon manata düşərək 64.3% azalıb, uzunmüddətli öhdəliklər isə 5.27 milyon manat səviyyəsində formalaşıb. Cəmi kapitalda 0.2% azalma qeydə alınıb – 14.18 milyon manata düşüb.

Xatırladaq ki, “Kontur Arxitektura Layihə-Sənaye” QSC 2000-ci ildən qeydiyyata alınıb və 1988-ci ildən fəaliyətdə olan qurumun bazasında yaradılıb. Onun 322 000 manat nizamnamə kapitalı var. İdarəetmə və nəzarət QSC-nin direktoru olan Göyüşov Xaliq Avdil oğlu tərəfindən aparılır.

Şirkət sənaye, mənzil, məişət təsərrüfatlı obyektlərinin tikintisi və yenidənqurulması, nəqliyyat, energetika və təhsil tikintisi sahələrində aparılan layihələndirmə və tikinti-quraşdırma işlərini aparır.kontur scaled

Son xəbərlər
Digər xəbərlər