16 C
Baku
Friday, April 19, 2024

İrihəcmli nağd əməliyyatların araşdırılması üçün metodologiya formalaşdırılacaq

Müştəri profili üzrə risk dərəcəsinə müvafiq olaraq irihəcmli hesab edilə bilən nağd əməliyyatların araşdırılmasında vahid yanaşmanın təmin edilməsi məqsədilə metodologiya və risk indikatorları formalaşdırılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin sentyabrınadək irihəcmli nağd əməliyyatlar aparan müştərilərin işgüzar münasibətlərinin mütəmadi monitorinqi sisteminin formalaşdırılmasını, vəsaitin mənbəyi bilinməyən və ya şübhə yaradan hallarla bağlı hesabatlılığın təmin edilməsi və təxirəsalınmaz addımlar atılması təcrübəsinin formalaşdırılmasını təmin edilməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər