21 C
Baku
Saturday, May 4, 2024

İrlandiya spirtli içkiləri etiketləyən ilk ölkə olub

İrlandiyada alkoqollu içkilərin sağlamlıq təhlükələrindən xəbər verən etiketləmə tətbiq edib. Aktı İrlandiyanın səhiyyə naziri Stiven Donnelli imzalayıb. O qeyd edib ki, İrlandiyada bunu dünyada birinci edib.

Qanun 22 may 2026-cı ildə qüvvəyə minib, eyni zamanda istehsalçı və satıcıların yeni qaydaya uyğunlaşması üçün keçid dövrü nəzərdə tutulur, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Qanun alkoqollu məhsulların etiketi üzərində məhsulun tərkibindəki spirtin kalori miqdarını və qramını göstərməyi nəzərdə tutur. Bundan əlavə, etiket üzərində hamiləlik dövründə spirtli içkilərin qəbulu riski, həmçinin spirtli içki qəbulu nəticəsində qaraciyər xəstəlikləri və xərçəngdən ölüm riskləri barədə xəbərdarlıq yer alacaq.

“Bu qanun istehlakçı olaraq hamımıza alkoqolun tərkibini və alkoqol istehlakı ilə bağlı sağlamlıq risklərini daha yaxşı başa düşməyə kömək edəcək”, – deyə nazir bildirib.

İrlandiyada alkoqol istehlakı 2001-ci ildə ən yüksək həddə olub. Həmin ildə orta hesabla bir adam ildə 14.3 litr təmiz spirt içib. Səhiyyə Araşdırmalar Şurasının məlumatına görə, bu rəqəm indi 10.2 litrə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər