7 C
Baku
Thursday, December 12, 2024

İrlandiya bankındakı texniki nasazlıq müştərilərə boş hesabdan €1000 çıxarmağa imkan verib

Avqustun 15-də İrlandiyanın ən böyük banklarından biri olan “Bank of Ireland” böyük texniki xəta ilə üzləşib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Müştərilər aşkar ediblər ki, bu xəta onlara €1000 (təxminən 1090$) pulu “Revolut” hesabına köçürməyə və sonra bank hesabı boş olsa belə bankomatdan çıxarmağa imkan verir. Xəbər yayılandan sonra bankomatlar qarşısında böyük növbələr yaranıb.

“Bank of Ireland” müştərilərə xəbərdarlıq edib ki, xəta zamanı bankomatdan çıxarılan və ya başqa pul kisəsinə köçürülən pullar hesabdan silinəcək. Avqustun 16-da bank problemin aradan qaldırıldığını açıqlayıb və müştərilərdən üzr istəyib. Bankın zərəri açıqlanmır.

2023-cü ilin iyul ayında ABŞ-da “Revolut” ödəniş sistemində texniki xəta baş verib. Onun nəticəsində 20 milyon dollar vəsait oğurlanıb. Oğurlanan pulların yalnız bir qismini geri qaytarmaq mümkün olub.

Son xəbərlər
Digər xəbərlər