8 C
Baku
Monday, November 18, 2024

İrlandiya Fələstin dövlətini tanımaq niyyətindədir

İrlandiya hökuməti çərşənbə günü, mayın 22-də Fələstini tanıdığını elan etməyi planlaşdırır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bir gün əvvəl ölkə hökuməti İrlandiyanın Baş naziri, o cümlədən xarici işlər və müdafiə naziri Saymon Harris və Mişol Martinin jurnalistlərə açıqlama verəcəyini açıqlayıb, lakin bu baş tutmayıb.

Cənab Martin daha əvvəl “Newstalk”a müsahibəsində İrlandiyanın Fələstin dövlətini tanımaq planları barədə məlumat verib. Sonra o, İrlandiyanın may ayının sonuna qədər Fələstini tanıyacağını açıqlayıb. Ölkənin müdafiə və xarici işlər naziri ölkəsinin fələstinlilərə öz müqəddəratını təyinetmə hüququna dəstək olmaq istədiyinə aydınlıq gətirib.

İsrail Xarici İşlər Nazirliyi daha əvvəl İrlandiyanın Fələstini tanımaq niyyətini şərh edib. Mayın 21-də “X” sosial şəbəkəsində nazirlik bildirib ki, bu addım “terrorizmin artmasına, regionda qeyri-sabitliyə gətirib çıxaracaq və sülh üçün istənilən perspektivləri təhlükə altına salacaq”.

BMT-nin Baş katibi Antonio Quterreş bu yaxınlarda bildirib ki, Fələstin dövlətinin yaradılması İsraillə Fələstinin Həmas hərəkatı arasında müharibəni dayandıracaq.

Fələstin 2011-ci ilin sentyabrında BMT-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət etmiş, lakin Təhlükəsizlik Şurasından dəstək almamışdır. Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin tamhüquqlu üzv kimi qəbul edilməsi məsələsinə baxmağı tövsiyə edən qətnamə layihəsini razılaşdırıb.

Son xəbərlər
Digər xəbərlər