1 C
Baku
Saturday, December 14, 2024

İrlandiya “Facebook”u €265 mln. cərimələyib

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının (DPC) araşdırması nəticəsində məlum olub ki, “Facebook” sosial şəbəkəsinin sızmalara qarşı tədbirləri Avropa İttifaqının ümumi reqlamentinin və ya GDPR tələblərinə cavab vermir. Qeyd edək ki, araşdırma özü 2021-ci ilin aprelində başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

DPC “Meta”, “Apple”, “Google”, “TikTok” və Avropa qərargahı İrlandiyada yerləşən digər böyük texnologiya şirkətlərinin işinə nəzarət edir. 2022-ci ilin noyabr ayının sonuna olan məlumata görə, müxtəlif korporasiyalara qarşı açılmış 40 araşdırma var, onlardan 13-ü “Meta” ilə bağlıdır.

Medianın hesablamalarına görə, bu, son 15 ayda Zukerberqin şirkəti üçün üçüncü DPC cəriməsidir. 2021-ci ildə tənzimləyici “WhatsApp”dan 225 milyon avro tələb etdi və 2022-ci ilin sentyabrında yeniyetmələrin məlumatlarını düzgün idarə etmədiyinə görə “Instagram”ı rekord dərəcədə 405 milyon avro cərimələyib.

Son xəbərlər
Digər xəbərlər