16 C
Baku
Monday, April 29, 2024

İrlandiya “Facebook”u rekord məbləğdə cərimələyib

İrlandiya tənzimləyicisinin qərarı ilə istifadəçi məlumatlarının emalı qaydalarını pozduğuna görə “Facebook” 746 milyon avrodan çox cərimələnib. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Daha əvvəl şirkət İrlandiyanın istifadəçilərin şəxsi məlumatlarının ABŞ kəşfiyyat orqanlarına verilə biləcəyi ilə bağlı narahatlığına məhəl qoymayıb.

İrlandiya tənzimləyicisi istifadəçi məlumatlarının ABŞ sosial şəbəkələrinə ötürülməsini qadağan etmək niyyətindədir.

Cərimə Aİ-nin məlumatların mühafizəsi ilə bağlı ümumi qaydalarının pozulmasına görə rekord sayılacaq. Qərar avstriyalı məxfilik fəalı Maks Şremsin avropalı istifadəçi məlumatlarının ABŞ kəşfiyyat agentlikləri tərəfindən kifayət qədər qorunmaması ilə bağlı açıqlamalardan qaynaqlanan narahatlıqlarla bağlı məhkəmə iddiasından sonra verilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər