17 C
Baku
Tuesday, May 21, 2024

İrlandiya “Instagram”ı €405 mln. cərimə edib

İrlandiya “Instagram”ı €405 milyon cərimələyib, bu barədə tənzimləyiciyə istinadən “Reuters” məlumat yayıb. Qeyd olunur ki, sosial şəbəkə bununla bağlı şikayət etməyi planlaşdırır.

İstintaq şirkətin məlumatların mühafizəsi qanunlarını pozduğu iddia edilən iki nöqsana əsaslanıb.

Birincisi, “Instagram” 13-17 yaşlı yeniyetmələrə biznes hesabları yaratmağa icazə verib, onların əlaqə məlumatlarını ictimaiyyətə açıqlayıb. İkincisi, guya sosial şəbəkə bəzi gənc istifadəçilərin hesablarını defolt olar birbaşa ictimailəşdirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İrlandiya tənzimləyicisi “Meta”, “Apple”, “Google” və digər iri texnologiya şirkətlərinin İrlandiyada Avropa qərargahı olan işlərinə nəzarət edir. Məsələn, “WhatsApp” 2018-ci ildə Aİ məlumat qaydalarına əməl etmədiyinə görə 2021-ci ildə 225 milyon avro cərimə alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər