İrlandiya hökuməti “Pfizer-BioNTech” peyvəndinin istifadə edilməsinə razılıq verib
Banker.az xarici KİV-ə istinadən xəbər verir, bu barədə ölkənin səhiyyə naziri Stiven Donnelli öz “Twitter” səhifəsində yazıb.
“İrlandiyada Pfizer peyvəndinin istifadəsinə icazə verən fərman imzaladığımı elan etməkdən çox məmnunam”, – deyə nazir bildirib.
Qeyd edildiyi kimi, İrlandiyaya peyvənd tədarükü 26 dekabrda, vaksinasiya isə 30 dekabrda başlayacaq.
Pandemiya başlayandan bəri ölkədə 83 073 nəfər yoluxub, 23 364 nəfər sağalıb, 2 192 nəfər isə dünyasını dəyişib.