9 C
Baku
Wednesday, March 4, 2026

İrlandiya sakini lotoreyada 50 milyona yaxın avro udub

İrlandiya sakini lotoreya cekpotunun sahibi olub və demək olar, 50 milyon avro udub.

Bu barədə İrlandiya Milli Lotereyasının “Twitter”dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, bu, ölkə tarixində məbləğinə görə 6-cı uduşdur.

O, 14, 15, 24, 29, 42 və 2 əlavə – 02, 04 olmaqla, bütün uduşlu nömrələri yığa bilib. Həmin şəxsin uduşunun məbləği 49 564 586 avro təşkil edir.

Hazırda qalibin adı qəlum deyil. Bu lotereyanın qaydalarına görə qalib onun şəxsiyyətini ictimaiyyətə açıqlanmamasını xahiş etmək hüququna malikdir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər