İrlandiya Ukraynaya humanitar yardım üçün əlavə 5 milyon avro göndərəcək.
Bunu Kiyevə səfəri zamanı ölkənin baş naziri Leo Varadkar deyib.
“Prezident Zelenskiyə və Ukrayna xalqına söz verdim ki, biz həm praktiki, həm də siyasi dəstəyimizi davam etdirəcəyik”, – Varadkar bildirib.
Qəzetin qeyd etdiyi kimi, bu vəsait Kaxovka su elektrik bəndinin dağıdılmasının nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün istifadə olunacaq.
İrlandiyanın baş naziri, həmçinin Kiyevi dəstəkləməyə davam edəcəyini vurğulayıb.