İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox pul köçürməsi Rusiyadan daxil olub. Bu ölkədən köçürmələr 67.4% artaraq 356,65 milyon dollara yüksəlib və ümumi daxilolmaların 47,7%-ni təşkil edib.

Türkiyədən daxil olan pul baratları 87,77 milyon dollardan 108,31 milyon dollara (xüsusi çəkisi 14,5%) çatıb.

Birləşmiş Ştatlardan göndərilən məbləğ 52,08 milyon dollardan 46,53 milyon dollara (xüsusi çəkisi 6,2%) düşüb.

İrlandiyadan köçürmələr kəskin — 7.3 dəfə artaraq 5,85 milyon dollardan 42,96 milyon dollara (xüsusi çəkisi 5,7%) yüksəlib.

Gürcüstandan daxil olan pul baratları 18,08 milyon dollardan 25,47 milyon dollara (xüsusi çəkisi 3,4%) çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər