15 C
Baku
Monday, May 6, 2024

İrlandiyalı Frenk Bakli 1 400 000 000 avrodan özünə ev tikdi

İrlandiyalı işsiz rəssam Frenk Bakli 1,4 milyard dollar məbləğində istifadə olunmuş banknot qalıqlarından özünə ev tikib. Kərpic əvəzinə o İrlandiya zərbxanasından əldə etdiyi banknotların hissələrindən istifadə etmişdir. Pullardan ev tikmək ideyası ona bir rəsm əsərini çəkdikdən sonra gəlmişdi.Belə ki, o bu rəsmdə də pul hissələrindən tikilmiş ev təsvir etmişdi.

Frenk Bakli bildirmişdir: “Mən studiyada oturmuşdum və yerdə təxmini 4 milyon avroya yaxın istifadə olunmuş banknot qalıqları var idi və mən anladım ki, bunlar sadəcə kağızlardır. Mən hiss elədim ki, elə bir şey etmək lazımdır ki, insanlar da bunun fərqinə varsınlar”.

Rəssam bu tikilini Dublində tərk edilmiş iş yerində inşa etdi və buranı “milyard dollarlıq ev” adlandırdı. O hesab edir ki, belə bir tikinti pulların təbiəti barədə sual doğurur. Hazırda Barklinin qonaq otağı və evinin bir hissəsi hazırdır. Rəssamın gələcək planlarına evdə mətbəx və yataq otağının da tikilməsi daxildir. Bundan başqa o bildirir ki, evdə kifayət qədər istilik var və hətta o yatanda ədyaldan istifadə etmir.

domiz3domiz5domzi6domiz8domiz55domiz556

Son xəbərlər
 ⁠
Digər xəbərlər