8 C
Baku
Monday, November 18, 2024

“İrşad” bank olmayan kredit təşkilatı yaradıb

Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan “İrşad” da digər rəqibləri kimi maliyyə bazarına girir.

Banker.az-ın əldə etdiyi məlumata görə, “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC adlı şirkət təsis edilib.

“İrşad BOKT” 1 milyon manat nizamnamə kapitalına sahibdir. Azərbaycan Mərkəzi Bankı BOKT-lərə bazarda iştirak üçün icazə verərkən nizamnamə kapitalı üzrə minimal 300 min manatlıq tələb qoyur.

BOKT-nin direktoru Elvin Məmmədov Nazim oğludur və həm də “İrşad Elektroniks”in Kredit departamentinin rəhbəridir.

Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar. Bu sırada hazırda “Embawood”un “EmbaFinans” BOKT-sini və “Optimal Elektroniks”in “Optimal Finance”sini misal göstərmək olar. Hər iki BOKT hazırda bazarda lisenziya ilə fəaliyətdədir. Digər BOKT yaradan isə “ABC-Telecom” MMC-dir. Lakin, onun BOKT-si AMB tərəfindən hələ ki, lisenziya əldə edə bilməyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bank, BOKT, kredit ittifaqlarına iştirak üçün lisenziya verir. O, sonuncu dəfə AMB-dən lisenziyanı Pakistan kapitallı “MCB BOKT” QSC əldə edib.

Son xəbərlər
Digər xəbərlər