30 C
Baku
Saturday, May 31, 2025

“İrşad BOKT”nin zərəri keçən il böyüyüb

“İrşad Elektroniks”ə yaxın olan “İrşad BOKT” MMC-nin ötən ili 68 min manat min manat xalis zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə zərərin 37.7 dəfə artdığını göstərir.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin 2024-cü il üzrə maliyyə hesabatında qeyd edilir. Belə ki, 2023-cü ildə1 804 manat cəmi zərər etmişdi. Bununla belə bir fakt xatırlatmalıdır ki, bu kredit təşkilat 2024-cü ilin sentyabrından lisenziya əldə edib.

Bölüşdürülməmiş mənfəətdə yaranan 70 min manatlıq zərər nəticəsində cəmi kapital 998 min manatdan 930 min manata düşüb. BOKT 1 mln. manat nizamnamə kapitalı ilə bazara daxil olub.

Maliyyə hesabatlarına əsasən, zərərin əsas səbəbi faiz xərcləri və icarə öhdəlikləri ilə bağlıdır. 2024-cü ildə şirkət 8 167 manat məbləğində faiz xərci ödəyib, bu isə 2023-cü ildə qeydə alınmamışdı. Eyni zamanda, əməliyyat xərcləri də kəskin artaraq 59 163 manat olub.

2024-cü ilin sonunda şirkətin ümumi aktivləri 1 milyon 93 min manat-ə yüksəlib. Bu, əvvəlki ilin sonundakı 1 milyon manat ilə müqayisədə 9.3% artım deməkdir. Aktiv artımı əsasən banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərin 894 min manat təşkil etməsi və 154 min manat məbləğində aktivi icarəyə götürməsi ilə bağlıdır.

Digər tərəfdən, öhdəliklər kəskin şəkildə artaraq 1 804 manat-dən 163 min manat-ə çatıb.. Artımın başlıca səbəbi isə 158 min manat məbləğində yeni icarə öhdəliklərinin yaranmasıdır.

 

Son xəbərlər
Digər xəbərlər