“İrşad BOKT”un nizamnamə kapitalı yenidən artırılıb

“İrşad Elektroniks”ə yaxın olan “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 1,45 milyon manata çatdırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı əvvəlki 1,35 milyon manatdan 100 min manat və ya 7,4% artırılıb.

Dəyişiklik avqustun 25-də dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, şirkətin qanuni təmsilçisi Bəşir Eldar oğlu Cəbrayılovdur. O, bu vəzifədə Zaur İlqar oğlu Miqirovu əvəzləyib. Cəbrayılovun qanuni təmsilçi kimi qeydiyyatı 2025-ci ilin martından qüvvədədir.

“İrşad” BOKT-un nizamnamə kapitalı bundan əvvəl də artırılıb. Belə ki, 2025-ci ilin martında kapital 1 milyon manatdan 1,25 milyon manata, 2026-cı ilin martında isə 1,25 milyon manatdan 1,35 milyon manata yüksəldilib.

Beləliklə, son üç artım nəticəsində şirkətin nizamnamə kapitalı 450 min manat və ya 45% artıb.

Xatırladaq ki, “İrşad BOKT” MMC 2023-cü ildə yaradılıb və son açıq məlumatlarda onun kapitalının 100%-i Rəşad Qəribov Əlif oğluna məxsusdur.

BOKT ilk fəaliyyət illəri 2024 və 2025-ci ildə 68 min manat və 153 min manat üzərində ardıcıl xalis zərər edib. 1 yanvar 2026-cı il tarixinə 1 milyon manat ətrafında cəmi aktivləri mövcud olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər