Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri rebrendinqə gedib.
Banker.az xəbər verir ki, “İrşad Electronics” loqosunu dəyişib.
Yeni loqotip şirkətin müştəriyə uyğunlaşmasını özündə ehtiva edən ayar işarəsidir.
Onu da qeyd edək ki, “İrşad Electronics” şirkəti 2000-ci ildə “I&R Telecom” adı altında fəaliyyətə başlayıb. Şirkət 2006-cı ildən 2011-ci ilədək Azercell Birgə Müəssisəsinin dileri kimi fəaliyyət göstərib.