17 C
Baku
Friday, October 18, 2024

“İrşad Electronics” şirkətinə cərimə protokolu yazılıb

“İrşad Electronics” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə yazılıb.

Tərtib edilən protokol Şəmkir Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Rəşad Mustafayevdir.

İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər