Elektronika mağazalar şəbəkəsinə malik olan “İrşad Electronics”in Marketinq departamentinə yeni rəhbər təyin olunub.
Banker.az-ın məlumatına görə, vəzifəyə təyin olan şəxs Şəbnəm Hümbətovadır.
Şəbnəm Hümbətova bundan əvvəl Space TV, Lider TV-də aparıcı vəzifəsində, MAGMA pr&events-də Layihə Meneceri kimi çalışıb, həmçinin Ego Media şirkətinin sahibidir.
“İrşad Electronics” 2000-ci ildə Bakıda yaradılıb, fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən regionlarda da şəbəkəsini genişləndirib. 2007-ci ilin sonunda “I&R Telecom” rebrendinq edərək “İrşad Telecom” adı altında fəaliyyətini davam etdirib.
2018-ci ildən şirkət məişət texnikası və elektronika məhsullarının satışını genişləndirdiyi üçün “İrşad Electronics” adı ilə, 2021-ci ildən etibarən isə məhsul kateqoriyalarının genişlənməsi ilə “İrşad” brendinə keçid edərək yeni korporativ stildə çıxış edir.