13 C
Baku
Friday, March 29, 2024

“İrşad Electronics”in rəhbəri dəyişib – TƏYİNAT

Elektronika mağazalar şəbəkəsinə malik olan “İrşad Electronics”in İdarə Heyətinin sədri dəyişir.

Banker.az-a daxil olan məlumata görə, şirkət rəsmi olaraq Aris Şıxəliyev tərəfindən idarə ediləcək.

O, bu vəzifədə Azad Məmmədovu əvəz edib.

Aris Şıxəliyev 2013-cü ildən bu cari ilin dekabrına qədər “İrşad Elektronics” MMC-də Satış və xidmət departamentinin direktoru və həmçinin, İdarə Heyətinin üzvi vəzifəsində çalışırdı.

“İrşad Electronics” 2000-ci ildə Bakıda yaradılıb, fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən regionlarda da şəbəkəsini genişləndirib. 2007-ci ilin sonunda “I&R Telecom” rebrendinq edərək “İrşad Telecom” adı altında fəaliyyətini davam etdirib.

2018-ci ildən şirkət məişət texnikası və elektronika məhsullarının satışını genişləndirdiyi üçün “İrşad Electronics” adı ilə, 2021-ci ildən etibarən isə məhsul kateqoriyalarının genişlənməsi ilə “İrşad” brendinə keçid edərək yeni korporativ stildə çıxış edir.

 

Son xəbərlər
Digər xəbərlər