24 C
Baku
Thursday, September 29, 2022

“İşə başlayanda uğur əldə edəcəyimizi bilmirdik” – Nazirin oğlu

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib.

Konfransda gənclər və idman naziri Azad Rəhimov, “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri, Bakı Şəhər Halqasının İcraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqalar iştirak ediblər.

Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova bildirib ki, irimiqyaslı beynəlxalq yarışların ölkəmizdə keçirilməsi orta və kiçik müəssələr olmaqla, bütün sahələrin inkişaf etməsinə töhfə verir.

N.Məmmədova əlavə edib ki, idman yarışmaları eyni zamanda turizm sektorunun inkişafına xidmət edir.

Çıxış edən A.Rəhimov “Formula 1” yarışının Azərbaycanda keçirilməsinin daha 3 il uzadılmasının çox müsbət hal olduğunu bildirib. O, qeyd edib ki, “Formula 1”-in 3 il müddətinə uzadılması Azərbaycanın bu yarışları uğurla ev sahibliyi etməsinin göstəricisidir.

A.Rəhimov deyib ki, ölkəmiz irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə edib: “Biz yarışı təşkil etməyə başlayanda uğur əldə edib-etməyəcəyimizi bilmirdik. “Formula-1″ tərəfdaşları və hökumət tərəfindən aldığımız rəy budur ki, işimiz uğurlu olub. Çalışacağıq ki, qarşıdakı illərdə də uğurlarımız davam etsin”

Digər çıxışçılar da irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur.

Qeyd edək ki, Bakı Şəhər Halqasının İcraçı direktoru Arif Rəhimov gənclər və idman naziri Azad Rəhimovun oğludur.

©Azvision

Son xəbərlər
Oxşar xəbərlər