İşə gedərkən əlavə sərf edilən 20 dəqiqə əmək haqqının 19% enməsinə bərabərdir

0

Qərbi İngiltərə universitetinin tədqiqatçıları britaniyalıların işə gedərkən yollarının uzunluğu ilə həyatlarından məmnunluq dərəcəsi arasında əlaqənin olub, olmadığını araşdırmaq qərarına gəlib. Banker.az xəbər verir ki, alimlər bunun üçün 2009/2010 ci ildən 2015/2016-cı ilə qədər 26 000 işçinin məlumatlarını təhlil edib.

Son 20 il ərzində İngiltərədə işə qədər yolun davamiyyəti orta hədlə 48 dəqiqədən 60 dəqiqəyə qədər artıb (hər iki tərəf üçün). 7 haldan 1-də bu iki qat daha çox zaman tələb edir – hər iki tərəfə iki saat. Bundan əlavə, insanlar daha az hallarda ofisə gedir. Belə ki, evdən işləyən əməkdaşların faizi artıb. Tam gün işləyən orta statistik ingilis ildə 160 dəfə ofisə gəlir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Qapıdan qapıya” getmək ingilislərin orta hədlə təqribən 27 dəqiqəsini alır. Lakin bu da əhəmiyyətli dərəcədə nəqliyyatın növündən asılıdır. Belə ki, ofisə qatarla gələnlər yola 2 saat, şəxsi avtomobil ilə gələnlər isə 24 dəqiqə sərf edir. İşə velosipedlə gəlməyə üstünlük verənlər isə yola 20, piyada gedənlər isə 14 dəqiqə daha az vaxt sərf edirlər. Kişilərə iş yerinə çatmaq üçün 5 dəqiqə daha artıq vaxt tələb olunur.

Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, işə gəlib çatmaq müddəti artdıqca, işdən məmnunluq səviyyəsi enir.

Daha doğrusu, orta statistik bir ingilis ildə yola 54 saat artıq sərf etməli olsa, o illik  21 600 funt dəyərində olan əmək haqqısının 4 080 funtu kəsildiyi halda məyus olduğu qədər məyus olacaq.  

Evdən işləyən əməkdaşlar hər gün ofisə gəlməli olan əməkdaşlardan daha məmnundurlar. Bu işə piyada gələnlərə də şamil olunur. İşə piyada getməyə üstünlük verən həmin şəxslər ofisə getmək üçün hər hansı nəqliyyat vasitəsindən istifadə etdikdə belə onların məmnunluq səviyyəsi dəyişmir.