“İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

İ.Məmmədov

“Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

Bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

“İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.