İşəgötürənlərin müddətin bitməsi bəhanəsi

0

Bu günlərdə Azər  Əliyev (adı şərtidir) adlı şəxs mənə müraciət edərək bildirdi ki, onu işdən müqavilənin bitməsi ilə bağlı azad ediblər. Halbu ki, işin xarakteri  daimidir. Onun işlədəyi vəzifəyə digər şəxsi  götürüblər.  Bu qanunudurmu?

Əmək Məcəlləsinin 45 maddəsinə əsasən “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar

Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: 

  1. a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
  2. b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
  3. c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; 

  1. d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqdaişləmək istəyi olduğu hallarda;
  2. e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

  1. f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
  2. g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Məşğulluq haqqında qanun 18.3. maddəsinə əsasən işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.

İşəgötürən Əmək Məcəlləsinin 45 maddənin tələbini və vakansiya barədə Məşğulluq Mərkəzinə xəbər vermədiyi üçün Məşğulluq haqqında qanun 18.3 bəndini pozub. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin  540.1 bəndinə əsasən İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə –

əlli manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.6.bəndə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İqtisadçı – ekspert Rauf Qarayev