Siz iş axtardığınız zaman işə götürəndən nəyi istədiyinizi dəqiq bilirsiniz: yüksək əmək haqqı, yaxşı kollektiv, maraqlı öhdəliklər. Lakin işə götürənin namizəddən nə istədiyi haqqında heç düşünmüsünüzmü?
Əmək bazarında yüksək rəqabət dövründə işə götürənlərin öz potensial əməkdaşlarında nələri görmək istədiklərini bilmək vacibdir. Əgər siz işə götürənin istəklərini və tələblərini təyin etməsəniz, özünüzü yaxşı şəkildə təqdim edə bilməyəcəksiniz.
Biz sizə bu məqalədə şitkətlərin işçiləri hansı xüsusiyyətlərinə görə işə götürdükləri haqqında danışacağıq.
Uzun müddətli potensial
Sizin şirkətdə uzun müddət çalışmaq istədiyiniz kimi, şirkət də istəyir ki, onların əməkdaşları iş yerlərində uzun müddət çalışsınlar. Heç bir şirkət yaxşı mütəxəssislərini itirmək istəməz. Şirkətlə bir yerdə irəliləyən işçilərə sahib olmaq daha sərfəlidir, nəinki daim işə yeni qəbul olunanlara işi öyrətmək.
Məsləhət: Müsahibə zamanı işə götürənə uzun müddətli çalışmaq istədiyinizi söyləyin.
Həmkarlarla münasibət qurmaq bacarığı
Biz iş yerində çox vaxt və güc sərf edirik. Kollektivdə çalışa bilməyən əməkdaşlarla çalışmaq isə çox çətindir. Anlayışlı, etibarlı, yardım sevən insanlarla çalışdıqda bütün problemlər daha tez və asan həll olunur.
Pul qazanmaq bacarığı
İstənilən biznesin məqsədi pul qazanmaqdır. Buna görə hər bir şirkətə pul qazanmağı bacaran insanlar lazımdır.
Yaxşı tərtib olunmuş tərcümeyi-hal
Tərcümeyi-hal sizin vizit kartınız, reklamınızdır. Onun sayəsində işə götürənlər sizi müsahibələrə çağırırlar. Buna görə sizin tərcümeyi-halınız maksimal dərəcədə yaxşı tərtib olunmalıdır.
İş təcrübəsi
Şirkətlər əsasən vakansiya olan vəzifəyə uyğun təcrübələri olan namizədlərə üstünlük verirlər. Lakin bu, o demək deyil ki, təcrübəsi olmayan işçilərin işə qəbul olmaq şansları azdır.
İstənilən vəziyyətdən çıxış yolu tapmaq bacarığı
Biznes şahmat lövhəsi kimidir. Onun üzərində fiqurlar daim yerlərini dəyişirlər. Heç vaxt hər şeyə hazır olmaq olmur. İşə götürənlər əsasən iş yerində yaranmış problemləri komanda şəklində həll etmək bacarığına önəm verirlər.