12 C
Baku
Wednesday, December 11, 2024

İşə “laowai” götürün!

Çində hazırda hökm sürən düşüncəyə görə, yalnızca heyətində bir neçə xarici əməkdaş olan şirkət sözün əsl mənasında uğur qazana bilər.

Bu səbəbdən də, çinli biznesmenlər öz partnyorlarının gözündə yaxşı təəssürat yaratmaq üçün onlara öz əcnəbi əməkdaşlarını göstərirlər. Çinlilər belə düşünürlər ki, əgər şirkət avropalı işçiyə sahibdirsə, deməli onun pullarla və əmək bazarı ilə bağlı bütün işləri qaydasındadır.

Şirkət tərəfindən ictimaiyyət qarşısına çıxarılan əcnəbi əməkdaşların əksəriyyəti isə həmin şirkətlərdə ümumiyyətlə işləmir. Onları sadəcə icarəyə götürürlər.

Çində bu “üzlə işləmək” adlanır. Laowai olmaq istəyən namizədlərə isə yalnızca aşağıdakı tələblər qoyulur:

  • Ağ olmaq lazımdır.
  • Çin dilində danışmaq lazım deyil. Ümumiyyətlə susun.

Bununla da, Çinin işgüzar görüşlərində, naharlarında və konfranslarında avropalı simalar peyda olur. “Əcnəbi əməkdaşın” icarəyə götürülməsi ilə isə çoxlu sayda şirkət məşğul olur. Belə şirkətlərdən biri elə məhz “Rent A Laowai” (Əcnəbi icarəyə götür) adlanır.

Bu vəzifənin əmək haqqısı isə elə də yüksək deyil. Bir gün üçün 30-50 dollar ödəyirlər.

Son xəbərlər
Digər xəbərlər