21 C
Baku
Monday, April 29, 2024

Işə marağı itirmisiniz? Onu necə bərpa etmək olar?

Uğur üçün zaman tələb olunur. Bəzən isə istədiyimizdən daha çox gözləməli oluruq. Əgər öz motivasiyanıza biganə yanaşsanız, öz uğurunuzun üstündən xətt çəkməklə riski edirsiniz. Inc.com işə marağın qaytarılmasının 6 üsulunu sizin diqqətinizə təqdim edir.

 1. ÖZ niyyətlərinizi təsvir edin

Siz nədən ötrü işləyirsiniz? Niyə məhz siz məhz indi məşğul olduğunuz işlə məşğulsunuz? Bu suallara yalnız siz özünüz cavab verə bilərsiniz. Kimsə xüsusi ixtisaslara, peşələrə can atır, kim isə ailəsinə çörək almaq üçün sadəcə maaş alacağı günü gözləyir. Pis və ya yaxşı məqsəd anlayışı yoxdur, amma həyat məqsədini bilmək mütləqdir. Çünki məhz onlar sizə qaranlıq axşamlarda bir mayak kimi istiqamət verir və motivasiya edirlər.

2. Öz hədəflərinizi şirkətin hədəfləri ilə bağlayın

Sizi işləmək üçün hansı qüvvənin idarə etdiyini müəyyən etdikdən sonra, öz məqsədlərinizi sizin şirkətin nə etdiyi, nə təklif etdiyi və ya nə satması ilə əlaqələndirin. Təsəvvür edin ki, şirkətin məhsulu –sizin öz arzularınızı həyata keçirmək üçün hazırlanmış bir mexanizmdir. Nə qədər güclü bağ yaratsanız, lazımı işi yerinə yetirməkdən ötrü özünü motivasiya etmək bir o qədər asan olacaq.

3. Öz hədəflərinizi komandanın uğuru ilə bağlayın. 

Siz komandada işləyəndə tərəfdaşlar sizin uğur qazanmağınızda maraqlıdır, buna görə də onlar sizə kömək edirlər. Axı, siz hədəfə nail olanda, onlar da uğur qazanırlar. Yəni siz həm də digər insanların həyatına müsbət təsir edə bilərsiniz.

4. Öz qarşınıza böyük bir ambisiya qoyun.

Öncəki punktların öhdəsindən gəldikdən sonra, qarşınıza daha ambisiyalı bir məqsəd qoymaq vaxtı yetişmişdir. Bu nəinki sizi, həm də sizin məhsulu və bütünlükdə sizin şirkəti uğur cığırları ilə aparacaq. Hədəf çox möhtəşəm, cəlb edici olmalıdır ki, siz ona böyük həvəs və ehtirasla can atasınız.

5. İş qabiliyyətli, lakin çevik bir iş planı hazırlayın.

Sizin yeni bir hədəfiniz meydana gələndə, pilləli bir plan hazırlayın ki, hansı məqsədlər üzrə irəliləyəcəyinizi aydın görə biləsiniz. Belə “yol xəritəsi” sizin qəlbinizə əlavə bir əminlik, inam, məqsədyönlülük və sanki siz öz taleyinizi özünüz idarə edirsiniz hissi gətirəcək. Əgər işə yaralı bir planı necə hazırlamaq lazım olduğunu bilmirsinizsə, onda sizin kimi oxşar hədələri olmuş və buna nail olmuş bir insandan sizə yardım göstərməyi xahiş edin.

6. Elə bu gündən etibarən…. hərəkət etməyə başlayın

Indi uğur –yalnız plana əməl edilməsi və hədəflərə doğru irəliləmə mərhələsində ona bəzi, çox da böyük olmayan korreksiyalar etmə məsələsidir. Plan yazılan kimi onu dərhal yerinə yetirməyə başlayın. Motivasiya hərəkətlərdən qidalanır. Sizin aktivliyiniz elə sizin özünüz üçün bir sehrli təkan rolunda çıxış edir, bu sizi öz məqsədinizə çatmağa getdikcə daha da yaxın edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər