11 C
Baku
Wednesday, December 11, 2024

İşə qəbulun asanlığını nəzərdə tutan Yol Xəritəsi təqdim olunub

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılmasını nəzərdə tutan 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı olub.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, tədbir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriib.

Əmək bazarı üzrə işçi qrupunun da rəy və təklifləri əsasında “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə Yol Xəritəsi hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Sənəddə əmək qanunvericiliyinin keyfiyyəti, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığı, işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbir əksini tapır. Həmin tədbirlər işçilərin sosial müdafiəsi, məşğulluq üzrə qanunvericiliyin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və s. kimi istiqamətləri əhatə edir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər