Bu yazımızda 2026-cı il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.
Beləliklə 2026-cı ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
Göstərilənləri nəzərə alaraq 2026-cı il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 400 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 400 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 15%-i, yəni 30 AZN, ümumilikdə 44+30=74 AZN
b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
d) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
44+30+2+8=84 AZN
İşəgötürənin 400 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 84 AZN (2021-ci ildə 300 AZN alan şəxs üçün 55,25 AZN idi) olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı – 8000 AZN-ə görə 1214 AZN, 100 AZN hissə üçün isə 11 AZN – cəmi 1225 AZN (ötən il 1185 AZN idi)
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 manatın 2500 AZN hissəsinə görə 2%, yuxarı hissə kimi 5500 manata görə 0.5% = 50+27.5=77.5 AZN (ötən il 160.5 AZN idi)
Cəmi: 1225+40.5+77.5=1343 AZN
İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1318 AZN (2021-ci ildə 1350 AZN, 2025-ci ildə 1430 AZN idi) olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 400 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 400 AZN-in 22%-i = 88 AZN
b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
c) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
88+2+8=98 AZN
İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 98 AZN olacaq
2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN
1782+40.5+160.5=1983 manat
İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.
Onu da nəzərə almaq lazımdır ki, bununla yanaşı işçiyə münasibətdə işəgötürənin istehsalatda bədbəxt hadisələrdən sığorta öhdəliyi də mövcuddur. Və bu da işçinin işə başladığı gündən təmin olunmalıdır.







